
Technonikol Carbon Eco (20 mm)
- Məhsul kodu: 630019
- Marka: Technonicol
- Baxış sayı: 2514
- Mövcudluq: Anbarda var
72,00 AZN
Ekstruziya olunmuş penopolistiroldan hazırlanmış "Technonikol Carbon Eco" məhsulu xarici fasadlarda, üzən döşəmə sistemlərində, isti döşəmə sistemlərində, düz dam sistemlərində istilik izolyasiyası məqsədli istifadə olunur. Məhsul su keçirməz quruluşa sahib olduğundan istilik izolyasiyası ilə yanaşı tikililərin bünövrələrində və bir sıra yerlərdə su izolyasiya məqsədli də istifadə olunur. Yüngül ,həmçinin də mexaniki deformasiyaya dayanıqlı olduğundan quraşdırılması rahat və sürətlidir.
Üstünlükləri:
- Suya və nəmişliyə qarşı dayanıqlı.
- Mükəmməl istilik izolyasiya qabiliyyəti.
- Yüksək yük götürmə qabiliyyəti.
- Rahat montaj imkanı.
Qablaşdırma və saxlanma:
Məhsul eni 600 mm uzunluğu 1200 mm olan 14.4 m2-lik polietilen paketlərdə olur. Məhsulu günəş şüalarından uzaq və 50 C-dən aşağı temperaturda saxlanması tövsiyyə olunur.
Diqqət:
Məhsul yanğına qarşı dayanıqsız və üzvi maddələrdən hazırlandığından 65 C-dək istilik ola biləcək yerlərin və daxili məkanların bir başa izolyasiyasında tövsiyyə olunmur!
Paket ölçüləri | |
---|---|
Materialın forması | Plitə |
Qalınlıq | 20 mm |
Eni | 600 mm |
Uzunluq | 1200 mm |
Plitə sayı | 20 əd |
Paket həcmi | 14.4 m2 |
Əsas texniki göstəricilər | |
Material növü | Ekstruziya olunmuş penopolistirol (XPS) |
Yanma sinifi | B2 (Yanan) |
İstilik keçiricilik əmsalı λ10 | 0.030 W/m*K |
10% deformasiyada sıxılma gücü | 100 kPa |
Buxar keçiriciliyi | 0.014 mg/m*h*Pa |
Suya davamlılıq | 0.4 % |
Əyilmədə möhkəmlik həddi | 0.3 MPa |
Sıxlıq | 26-32 kq/m3 |