Kateqoriyalar
Menyu


Rawlplug "Trust & Innovation"

Müəllif: Raul Rəhimov - 01/07/2021 45 0 rəy
Rawlplug "Trust & Innovation"

  Rawlplug şirkəti ilklərə imza atmış dünyanın tanınmış tikinti materialları istehsal edən şirkətlərindən biridir. İngiltərə markası olan şirkət 1911 ci ildə ilk tıxaclı şrupların ixtirasına imza atmışdır. Buna görə də bir çox ölkələrdə “rawlplug” kəliməsi tıxaclı şrup mənası daşıyır. 100 ildən çox tarixi olan şirkət sadəcə tıxaclı şrup  deyildə genişləndirici dubel, mexaniki ankraj, alçipan şruplarının kəşfi də “Rawlplug” şirkəti tərəfindən rəsmiləşmişdir.

  Şirkət bağlayıcılar, birləşdirici elementlərdən tutmuş elektrikli alətlərə qədər düz 30.000-dən çox növdə məhsul istehsal edir. İstehsal olunan növündən aslı olmayaraq hər bir məhsul keyfiyyət və texniki göstəricilərinin təsdiqlənməsi üçün ən yüksək sertifikatlaşdırma orqanları tərəfindən təsdiq edilir.

  Devizi “Trust and innovation” olan şirkət hər bir halda öz məhsullarının təhlükəsizliyinə, keyfiyyətinə və etibarlılığına zəmanət verir. Təhlükəsizlik deyiləndə həm insan sağlamlığını həm də təbiəti düşünən “Rawlplug” şirkəti məhsullar hazırlanarkən REACH, GHS və CLP təhlükəsiz standartlarına cavab verən məhsullar təqdim edir.

  • REACH - Avropa Birliyinin qeydiyyat, qiymətləndirmə, icazə və kimyəvi maddələrin istifadəsinə dair məhdudiyyətlərlə bağlı təlimatları
  • GHS (Kimyəvi maddələrin Qlobal Harmonik Təsnifatı və Etiketlənməsi Sistemi) - kimyəvi maddələrin beynəlxalq təsnifatı və etiketlənməsi sistemi
  • CLP (Təsnifat, Etiketləmə və Qablaşdırma) - maddələrin və qarışıqların təsnifatı, etiketlənməsi və qablaşdırılması qaydaları.

  Bununla da şirkət bütün məhsullarının ən yüksək standartlara uyğun istehsal olunduğunu, qablaşdırıldığını və etiketləndiyini sübut edir ki, bu da öz növbəsində problemsiz, təhlükəsiz və ekoloji cəhətdən etibarlı olduqlarına əminlik verir.

Rəy bildir

Diqqət: Ad 3-25 simvol uzunluğunda olmalıdır!
Diqqət: Keçərsiz email!
Diqqət: Rəy 25-1000 simvol uzunluğunda olmalıdır!

Yeni Məhsullar

Yeni

Weber.prim contact

12,00 AZN

Yeni

Weber.prim multi

35,00 AZN

Yeni

Weber.prim UNI

50,00 AZN

Yeni
Yeni

Weber.therm A100

15,00 AZN

Yeni

Weber.vetonit VH

16,00 AZN

Yeni

Weber.vetonit TT40

15,00 AZN

Yeni
Yeni
Yeni

Əlaqəli Xəbərlər

Evlərdəki rütubətə mineral yunla son!

  Evlərin həddən artıq rütubətli olması insan sağlamlığına ziyan vura bilər. Çünki rütubətli ha..

Isover "King of Quartz"

  350 illik tarixə sahib olan “Saint-Gobain” şirkətinin markası olan  “İsover” istilik və ..

Paroc "Best of the best"

   Finlandiya markası olan Paroc şirkəti bina tikintisi- təmiri, gəmiqayırma, dəniz strukt..

Veberton "İşinə professional yanaşanlar üçün!"

  Veberton küləyə davamlı su və buxar izolyasiya materiallarının alman texnologiyası ilə istehs..

menu