
Veberton Professional Classic 100
- Məhsul kodu: 190013
- Marka: Veberton
- Baxış sayı: 2788
- Mövcudluq: Anbarda var
120,00 AZN
"Veberton Professional Classic 100", super diffuziya qabiliyyəti olan 3 qatlı izolyasiya membranıdır. Müxtəlif növ sahələrin kondensat, su və küləkdən qoruma məqsədi ilə istifadə olunur. Son qatının xüsusi tərkibi məhsulu çürüməyə qarşı davamlı olmasına şərait yaradır.
Məhsul suya qarşı yüksək müqavimətə sahibdir. Buda istifadə olunan sahələrin və ya mineral yun izolyasiyasının su təsirindən qorunmasına yardımçı olur.
"Veberton Professional Classic 100", iki tərəfdən də yapışqana sahib olduğundan montaj işlərini daha da rahatlaşdırır və sizi əlavə yapışqan xərcindən azad edir. Həmçinin məhsul damlarda kondensatın yaranmamasına şərait yaradır. Və bununla konstruksiyaların daha uzun ömürlü olmasına yardımçı olur.
Üstünlükləri:
- Suya qaşı mükəmməl müqavimət.
- UV şüalara dayanıqlı.
- Öz yapışqanları ilə mükəmməl yapışma.
- Uzun xidmət ömrü.
İstifadə sahələri:
Bütün növ dam örtüklərinin, tavanların, döşəmələrin, siding və karkas divarların izolyasiyasında istifadə olunur.
Paket ölçüləri | |
---|---|
Həcmi | 75 m2 |
Eni | 1.5 m |
Uzunluq | 50 m |
Membranın əsas texniki göstəriciləri | |
Çəkisi | 100 qr/m2 |
UV şüalarına davamlı səthi | Sarı hissə |
Qırılma qüvvəsi | 130 N/5 sm |
Elastiklik (Uzununa) | 20-50 % |
Suya davamlılıq | 1000 kq/m2 |
Buxar keçiricilik | 600 qr/m2*24 saat |
Tətbiq temperaturu | -50...+80 C |
Planterin əsas texniki göstəriciləri | |
Elastiklik (Eninə) | 50-100 % |
Digər özəllikər | |
Yapışqan sayı | 2 tərəfli |