Dam membranları haqqında bilinən yanlışlar!
Kateqoriyalar
Menyu


+994-55-300-98-68     +994-12-490-35-12     [email protected]

Dam membranları haqqında bilinən yanlışlar!

Müəllif: Raul Rəhimov - 01.09.2021 1747 0 rəy
Dam membranları haqqında bilinən yanlışlar!

   Damların quraşdırılması və izolyasiyası zamanı su, külək və buxar izolyasiyası membranının vurulması çox vacibdir. Bir çox insan membranlardan istifadə etsə belə istədiyi nəticəni ala bilmədiyindən gileylənir. Lakin alınan nəticənin ürək açan olmamasının səbəbi yanlış formada montajı və ya düzgün membranın seçilməməsidir. Aşağıda membranlar haqqında bilinən və geniş yayılmış yanlışlar qeyd edilib:

  • İlk yanlış bilinən  məsələ montaj və quraşdırılma ilə bağlıdır. Dam üçün membranlar əksər hallarda bir başa damın altından vurulur. Bu isə sizin üçün üstünlük yaratmalı olan məhsulun əksinə fəaliyyət göstərməsinə səbəb olur. Membranlar karkasların üzərindən montaj olunmalıdır və damla membran arasında havalandırılmanın olmasına diqqət etmək lazımdır. Bu formada quraşdırılan membranlar sizə istənilən effekti verə bilər.

 

  • Digər bir yanlış bilinən məsələ isə membranların qısa zamanda çürüməsidir. Bu hallar tez-tez baş verir buna səbəb isə düzgün məhsulun seçilməməsi və yuxarda qeyd edildiyi kimi membranın bir başa damın altından quraşdırılmasıdır. Məsələni daha da aydınlaşdırsaq ölkə bazarında membranlar təbəqə sayına əsasən tək, iki və üç qatlı membranlar mövcuddur və hər birinin özünün aid olduğu istifadə sahələri var. Təbii ki, "siding" divarlar üçün nəzərdə tutulmuş aşağı keyfiyyətli membranı damlarda istifadə etsəniz qısa müddətdə məhv olması qaçınılmaz fakt olacaq. 

 

  • Membranlar haqqında yayılan başqa bir məsələ isə membranların kondensat yaratmasıdır. Əslində membranların ən başlıca səbəblərindən biri məhz elə kondensatın qarşısını almaqdır. Bəs nə üçün belə bir problem yaranır? Bunun sadə bir açıqlaması var yanlış məhsul seçimi. Su, buxar və külək izolyasiya materiallarının bir necə növü mövcuddur (A,B,C,D,M və s.) hər biri demək olar ki, fərqli istifadə sahələri üçün nəzərdə tutulub. İstilik izolyasiyası vurulacaq mansarda istifadə olmayacaq dam üçün nəzərdə tutulmuş məhsul istifadə etsəniz əlbəttə ki, belə bir problem yarana bilər. Bu bir növ benzinlə çalışan mühərriki dizellə hərəkət etdirməyə çalışmaq kimidir. 

   Unutmayın! Membranlar sizin komfortunuz və damlarınızda problemlərin yaranmaması üçün gərəkli məhsuldur. Bunun üçün düzgün montaj və düzgün məhsul seçmək çox vacibdir.

Rəy bildir

Diqqət: Ad 3-25 simvol uzunluğunda olmalıdır!
Diqqət: Keçərsiz email!
Diqqət: Rəy 25-1000 simvol uzunluğunda olmalıdır!

Əlaqəli Xəbərlər

Bu qış evinizi daha isti və rahat edin

Artıq qış fəsli yaxınlaşır və qar yağdığında, qarın bəzi damlarda çökməyə başladığını, digərlər..

Nəyə görə KNAUF karkas divar sistemi?

Tikintidə, karkas divar sistemlərində və ya kərpiclə tikintidə hansının daha ağıllı seçim olduğunu d..

Ən çox yayılmış istilik izolyasiya materialları, onların xarakteristikaları və müqayisəsi

Ümumiyyətlə istilik izolyasiya materialları- istilik itksinin azaldılmasında istifadə olunan aşağı q..

Yanmayan material daş yunu ilə evinizi və ailənizi qoruyun.

Yanğınlar böyük insan tələfatına səbəb olur və xeyli maddi ziyana səbəb olur. Avropada hər il təxmin..

Mansard üçün ən yaxşı izolyasiya növü hansıdır?

Mansardın izolyasiyası evinizdə rahatlığı artıracaq, enerji istehlakınızı azaldacaq və il boyu elekt..

Sakit və səssiz ev üçün ən yaxşı səs izolyasiyası

Ətrafdakı səs-küyün çox olması psixi sağlamlığımıza və rifahımıza böyük təsir göstərə bilər. İstər y..

İstilik izolyasiyanın evinizə və cibinizə nə kimi xeyri var?

Siz həddindən artıq istilik haqqı ödəyirsiniz? Aylıq təbii qaz və elektrik enerjisinə həddindən çox ..

Akustik səs izolyasiyası nədir?

Akustik səs izolyasiyası səs tənzimləmə, səs keyfiyyətini qorumaq tələb olunan yerlərdə tətbiq oluna..

Isover "King of Quartz"

  350 illik tarixə sahib olan “Saint-Gobain” şirkətinin markası olan  “İsover” istilik və ..

Evlərdəki rütubətə mineral yunla son!

  Evlərin həddən artıq rütubətli olması insan sağlamlığına ziyan vura bilər. Çünki rütubətli ha..

menu