
Megaflex Parostop
- Məhsul kodu: 190001
- Marka: Megaflex
- Rulon həcmi: 70 m2
- Ölçüləri: 1.6x43.75 m
- Baxış sayı: 2097
- Mövcudluq: Anbarda var
45,00 AZN
50,00 AZN -10%- 50 və ya daha çox 45,00 AZN
"Megaflex Parostop" məhsulu müxtəlif növ sahələrin buxar izolyasiyası üçün istifadə olunur. İki qatdan ibarət olan buxar izolyasiya məhsulu ədatən mineral yun, xps, penoplast və s. bu kimi istilik izolyasiya məhsulları ilə birlikdə istifadə olunur, yarana biləcək kondensat və çürümə kimi problemlərin qarşısını alır.
Bu məhsulun əlavə üstünlüyü ondan ibarətdir ki, rulon üzərində tək tərəfli 5 sm enliliyində yapışdırıcı zolaq mövcuddur. Buda əlavə olaraq yapışdırıcı almaqdan sizi xilas edəcək. Hətta məhsulun yapışqan zolağı mənfi temperaturlarda belə yüksək səviyyədə yapışmanı təmin edir.
Məhsul ekoloji təmizdir və insan sağlamlığına zərər vurmayacaq şəkildə istehsal olunur. Məhsulun tərkib xammalı belə ən keyfiyyətli və təmiz maddələrdən istehsal olunur.
Üstünlükləri:
- Mükəmməl buxar izolyasiya səddi.
- Ekoloji təmiz.
- Öz yapışqanları ilə mükəmməl yapışma.
- Uzun xidmət ömrü.
İstifadə sahələri:
Bütün növ dam örtüklərinin, tavanların, döşəmələrin, siding və karkas divarların daxildən universal buxar və su izolyasiyası kimi istifadə oluna bilər.
Paket ölçüləri | |
---|---|
Həcmi | 70 m2 |
Eni | 1.6 m |
Uzunluq | 43.75 m |
Membranın əsas texniki göstəriciləri | |
Qırılma qüvvəsi (Uzununa) | 105 N/5 sm |
Qırılma qüvvəsi (Eninə) | 55 N/5 sm |
Suya davamlılıq | 1500 kq/m2 |
Tətbiq temperatur | -55...+80 C |
Digər özəllikər | |
Yapışqan sayı | 1 tərəfli |